"Bavariya" Robert Levandovskidən sonra daha bir oxşar transfer gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, “pivəçilər” "Ayntraxt"ın (Frankfurt) şərəfini qoruyan Sebastyan Rodenlə müqavilə imzalayıb.
 
Lakin Roden də Levandovski kimi yeni mövsümdən etibarən “Alyans Arena”ya yollanacaq. Belə ki, 23 yaşlı oyunçunun komandası ilə olan müqavilə müddəti iyunda başa çatacağı üçün bu transfer "Bavariya"ya havayı başa gələcək.
 
Qeyd edək ki, FİFA-nın reqlamentinə əsasən, futbolçunun sözləşmə müddətinin bitməsinə 6 ay qalmış o, başqa klubla özbaşına görüşə və müqavilə bağlaya bilər.
Shares: