Türkiyədəki təlim-məşq toplanışın davam etdirən “Xəzər Lənkəran” bu gün Antalyada növbəti məşqinə çıxıb. Futbolinfo.az xəbər verir ki, məşq komandanın rumıniyalı futbolçusu Adrian Pit üçün yaxşı bitməyib.
 
Belə ki, təcrübəli orta sahə oyunçusu son məşqdə zədələnib. Bu barədə saytımıza futbolçunun özü məlumat verib:
 
“Məşqdə zədələndim. Ayağımda kiçik ağrılar var. Lakin çox ciddi bir şey olacağını düşünmürəm. Bir neçə gün sonra tam düzələcəyimə ümidliyəm. Həkimlər də müayinə etdilər və ciddi nəsə olmadığını dedilər".
Shares: