Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cü ilin ən yaxşı məşqçilərinin adlarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, gözlənildiyi kimi ilk pillədə ötən il “Bavariya" ilə bütün mümkün titulları qazanan Yupp Haynkes qərarlaşıb.
 
Alman mütəxəssis 216 xal toplayıb. Elə ikinici yerin sahibi də almaniyalıdı. Ötən mövsüm bundesliqa və Çempionlar Liqasında “Bavariya”nın ən böyük rəqibi olan "Borussiya"nın (Dortmund) baş məşqçisi Yurgen Klopp 101 xal toplayaraq ikinci yerə çıxıb.
 
Madrid “Atletiko”sunu qısa vaxtda Avropanın ən güclü klublarından birinə çevirən Dieqo Simeone isə 61 xalla üçüncü olub. “Beşliy”i 33 xalla Aleks Ferqyusson (Mançester Yunayted) və 30 xalla Xosep Qvardiola (Bavariya) tamamlayıb.
Shares: