“Barselona”nın aparıcı futbolçusu Neymar komanda ilə məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, son günlər xəstə olduğu üçün istirahət edən braziliyalı haqda katalonların rəsmi saytı məlumat yayıb.
21 yaşlı ulduzun artıq məşqlərə başladığı və “Atletiko” (Madrid) ilə oyunda meydana çıxa biləcəyi vurğulanıb.
Xatırladaq ki, Neymar mədə qripinə görə “Xetafe” ilə oyunu buraxmışdı. Bu mövsüm o, 16 matça çıxıb.





