Bolqarıstanın “Levski” komandasının müdafiəçisi Orlin Starokin Azərbaycan futbol klublarının maraq dairəsinə düşüb. Futbolinfo.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, sol cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu Azərbaycan klublarının maraq dairəsindədi. Lakin bu komandaların adı açıqlanmır.
27 yaşlı Starokinin müqavilə müddəti mövsümün sonunda başa çatır və tərəflərin razılığa gələcəyi təqdirdə, futbolçu Topaz Premyer Liqasında çıxış edə bilər.





