Braziliyanın “Vasko da Qama” klubunun internet saytı komandanın sabiq üzvü Juninyo barədə xəbər yayıb. Futbolinfo.az xəbər verir ki, açıqlamada karyerasını başa vurmuş yarımmüdafiəçinin yenidən futbola qayıtdığı vurğulanıb. Aldığı zədələrin təsiriylə futboldan gedən Juninyo ilə 5 aylıq müqvilə bağlanıb.
Mövsümün bitməsinə 2 ay qalmış zədələnən yarımmüdafiəçi çempionat bitənədək sağalmamış və ardınca butslarını mıxdan asmaq qərarına gəlmişdi. 38 yaşlı oyunçu indi özünü yaxşı hiss etdiyini və yenidən oynaya biləcəyini vurğulayıb.
Açıqlamaya əsasən, müqavilənin yenidən uzadılması üçün tərəflər 5 aydan sonra bir daha görüşəcək.





