"Rəvan"ın yarımmüdafiəçisi Rəşad Abdullayev komandadan ayrılıb. Futbolinfo.az xəbər verir ki, o, mövsümün qalan hissəsini AZAL-da keçirəcək.
Qeyd edək ki, Rəşad müqavilə ilə “Bakı”ya məxsus olsa da, cari mövsümü icarə əsasında “Rəvan”da keçirirdi. Lakin təcrübəli futbolçu "Rəvan"da da qalmaq istəməyib. Onun yaxın günlərdə AZAL-la icarə müqaviləsi imzalaması gözlənilir. Baxmayaraq ki, Abdullayevə digər klublarımızdan, həmçinin Türkiyədən də təkliflər var.





