Qış fasiləsindəki düşərgəsini Antalyada keçirən klublar fürsətdən istifadə edib “Antalya Cup” adlı turnirdə qüvvələrini sınayıblar. Futbolinfo.az xəbər verir ki, "Qalatasaray" da turnirin iştirakçıları arasında olub.
“Cim-Bom” meydana bu dəfə Uelsli Sneyderin kapitanlığı altında çıxıb. İstanbul klubu yarımfinalda Sneyderin sabiq klubu "Ayaks"la qarşılaşıb. Roberto Mançininin yetirmələri Burak Yılmaz və Əmrə Coşkunun qolları ilə matçdan 2:1 qalib ayrılıb.
"Qalatasaray" finalda "Seltik"lə qarşılaşacaq.





