İngiltərənin "Çelsi" klubunun futbolçusu Con Terri komandasını tərk etməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, təcrübəli stopper artıq Londondakı evini satışa çıxarıb.
Bu isə göstərir ki, İngiltərə paytaxtından ayrılmaq üzrədi. 32 yaşlı müdafiəçinin ümumiyyətlə karyerasını ölkə xaricində davam etdirəcəyi deyilir. Onun Şimali Amerikaya yollanma ehtimalı var.
Qeyd edək ki, ingiltərəli ilə "Qalatasaray" da maraqlanır.





