“Real"ın (Madrid) və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo “Qızıl Top” mükafatının təqdimetmə mərasiminə ailə üzvləri ilə birgə qatılacaq. Futbolinfo.az xəbər verir ki, bu haqda İspaniyanın nüfuzlu “Marca” nəşri məlumat yayıb.
Ulduz hücumçu karyerasında ilk dəfə olaraq mərasimə anası, 2 bacısı və qardaşı ilə birgə gedəcək.
Qeyd edək ki, "Qızıl Top" yanvarın 13-də İsveçrənin Sürix şəhərində keçirilən rəsmi mərasimlə açıqlanacaq. Ronaldo ilə yanaşı, Lionel Messi və Frank Riberi də mükafat uğrunda mübarizə aparır.





