"Mançester Yunayted"in aparıcı futbolçusu zədəsi ilə bağlı olaraq ABŞ-a yollanıb. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, ingilis hücumçu müalicə almaq üçün ailəsi ilə birgə okenın o tayına keçib.
 
Mankunyanların baş məşqçisi Devid Moyes ABŞ-da havanın günəşli olmasının Runinin zədəsinin tez sağalmasına kömək olacağını bildirib. Futbolçu ABŞ-da həmçinin məşqlərini davam etdirəcək.
 
Qeyd edək ki, son iki matçda iştirak edə bilməyən Runinin yanvarın 19-da "Çelsi" ilə görüşə qədər sağalacağı gözlənilir.
Shares: