“Liverpul” yeni transferə hazırlaşır. Mersisaydlar Kiyev “Dinamo”sunun futbolçusu Andrey Yarmolenkonu heyətinə qatmaq istəyir.
 
Futbolinfo.az xəbər verir ki, Premyer Liqada çempionluq hədəfində olan “qırmızılar” 24 yaşlı hücumçu ilə danışıqlara başlayıb. İngilislər Andrey üçün Kiyev təmsilçisinə 18 milyon avro təklif edir.
 
Qeyd edək ki, Ukrayna millisinin də üzvü olan Yarmolenko cari mövsüm “Dinamo” forması ilə 24 matçda 13 qol vurub.
Shares: