Yaxın günlərdə “Real”la müqaviləsini yeniləyən Xabi Alonso komandadakı hədəfləri ilə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Madrid klubunda bir arzusunun olduğunu deyib:
"Burada qaldığım üçün xoşbəxtəm. Bura mənim evimdi. “Real” ola biləcəyim ən yaxşı klubdu. Alternativ variantları düşünməyimin heç bir mənası yoxdu. Burada qalmaq istədim və başqa təklifləri düşünmədim. “Liverpul”da qazandığım Çempionlar Liqası kubokunu burada da qazanmaq istəyirəm”.
Qeyd edək ki, ispan futbolçu 2009-cu ildə İngiltərənin “Liverpul” klubundan “Real”a transfer olunub.





