“Real” (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti komandanın qapıçısı İker Kasilyasa dəstək olub. Futbolinfo.az xəbər verir ki, o, uzun müddətdi La Liqada forma geyə bilməyən oyunçunun karyerasını “Santyaqo Bernabeu” bitirməsi üçün çalışacağını söyləyib:
“Dieqo Lopes və Kasilyas arasında seçim etmək çətindi. Dünyanın ən yaxşı iki qapıçısına sahibəm. Əsasən Dieqonu oynatsam da, bu İkerin zəif olduğunu göstərmir. Yəqin məni də anlayarlar. Kasilyas “Real”ın simvoludu. Xabi Alonso üçün etdiyim kimi onun da karyerasını Madriddə bitirməsi üçün çalışacam”.





