Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti İtaliya millisinin və "Milan"ın futbolçusu Mario Balotellini tənqid edib. Futbolinfo.az xəbər verir ki, o, hücumçunun yüksək səviyyədə oyun göstərmədiyi deyib:
"İtaliya hazırda İspaniya, Braziliya, Argentina və Almaniyadan geri qalır. Yığmanın baş məşqçisi Prandelli komandaya gənc futbolçular cəlb edir. Ancaq İtaliya əsas problemi hücum xəttindədi. Çünki o mövqedə yüksək səviyyəli futbolçu yoxdu. Balotelli bacarıqlı oyunçudu, amma hər an komandasını azlıqda qoya bilər".





