Xəbər verdiyimiz kimi, "Bakı"nın 19 yaşadək futbolçulardan ibarət komandası Fransanın Lans şəhərində 10 günlük təlim-məşq toplanışı keçirir. Futbolinfo.az xəbər verir ki, "Lans"ın bazasında məskunlaşan Qəhrəman Əliyevin yetirmələri ilk məşqini dünən axşam saatlarında keçirib.
Yüngül qaçış və pas çalışmalarından ibarət yüngül məşq 1 saat davam edib. Qeyd edək ki, təlim-məşq toplanışı çərçivəsində U-19 4 yoxlama oyununda qüvvəsini sınayacaq.





