“Yuventus” rəhbərliyi yaxın günlərdə Andrea Pirlo ilə müqaviləni artıracaq. Futbolinfo.az xəbər verir ki, 34 yaşlı maestronun sözləşməsi yayda başa çatdığından Turin klubu futbolçuya yeni sözləşmə təklif edib.
 
Tərəflər razılığa gəlsə də, hələ ki, rəsmi addım atılmayıb. Sözləşmənin maliyyə detalları ilə bağlı məlumat isə yoxdu.
 
Xatırladaq ki, yarımmüdafiəçi ilə bir sıra Avropa nəhəngləri maraqlanırdı.
Shares: