"Sumqayıt"ın qapıçısı Anar Nəzirovun bu komandadan ayrıldığını xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının da şərəfini qoruyan qolkiper artıq özünə yeni klub da tapıb.
Belə ki, Nəzirov Premyer Liqamızın digər təmsilçisi “Qəbələ” ilə anlaşıb. O, ötən gün bölgə klubu ilə 2 illik müqavilə imzalayıb.
Onu da qeyd edək ki, Nəzirov Türkiyənin PTT 1-ci liqasında çıxış edən bir neçə kluba, həmçinin "Bakı"ya keçidi də gündəmdə idi. Lakin o, keçmiş komandasında oynamağa üstünlük verib. Eyni zamanda "Qəbələ" də "Bakı"nın transferə çıxardığı Kamran Ağayevin xidmətində maraqlı idi. Amma paytaxt klubu millimizin qolkiperinə görə çox pul tələb etdiyindən, "Qəbələ" Nəzirovu almağa üstünlük verib.
Maraq üçün xatırladaq ki, Nəzirov əvvəllər də "Qəbələ"də çıxış edib. O, 2010-2013-cü illər aralığında məhz bölgə klubunda forma geyib.





