Yanvarın 8-də Antalyaya təlim-məşq toplanışına yollanan "Simurq" Side bölgəsində yerləşən "Sueno" otelində məskunlaşıb. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubu qardaş ölkəyə bu heyətlə yollanıb:
Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizli;
Müdafiəçilər: Ruslan Poladov, İlkin Qırtımov, Dilaver Zrnanoviç, Anderson Oliveyra, İdan Vaytsman, Rüstəm Məmmədov, Tural Axundov, Məhərrəm Hüseynov;
Yarımmüdafiəçilər: Taqim Novruzov, Patrik Osiako, Stepan Polyak, Raul Kostin, Nicat Qurbanov, Murad Səttarlı, Arzuman Nəsibov, İlqar Hüseynov.
Hücumçular: Rəşad Eyyubov, Draqan Çeran, Salif Ballo.
Gündə iki dəfə məşqə çıxan Zaqatala təmsilçisinin qış təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. Yanvarın 15-nə qədər əsasən fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetiriləcək. İkinci mərhələdə isə taktiki və texniki ağırlıqlı məşqlərə keçiriləcək.
Komanda yanvarın 26-da ölkəyə qayıdacaq və hazırlıqları Zaqatalada davam etdirəcək.





