Futbol üzrə İtaliya çempionatında 19-cu turun növbəti görüşləri keçirilib. Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri 2-ci oyun günündə baş tutub.
 
"Torino" – "Fiorentina" görüşündə hesab açılmayıb. "Atalanta" "Kataniya"nı məğlub yola salıb. Səfərdə "Kalyari" ilə qarşılaşan lider "Yuventus" darmadağınla qalib gəlib. "Verona"nın qonağı olan "Napoli" də böyükhesablı qələbəyə sevinib. Liderin əsas izləyicisi "Roma" doğma meydanda "Cenoa"ya divan tutub. "Sassuolo"nun qonağı olan "Milan" isə acınacaqlı məğlubiyyətlə üzləşib.
 
Tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
 
İtaliya A Seriyası
19-cu tur
11 yanvar
 
Livorno – Parma – 0:3
Qollar: Palladino, 2, Amauri, 86; 90-pen.
 
Bolonya – Latsio – 0:0
 
12 yanvar
 
Torino – Fiorentina – 0:0
 
Atalanta – Kataniya – 2:1
Qollar: Denis, 67-pen, Morales, 86 – Leto, 89.
 
Kalyari – Yuventus – 1:4
Qollar: Pinilya, 21 – Lyorente, 31; 76, Markizio, 73, Lixştayner, 80.
 
Verona – Napoli – 0:3
Qollar: Mertens, 27, İnsinye, 72, Dzemali, 76.
 
Roma – Cenoa – 4:0
Qollar: Florensi, 25, Totti, 30, Maykon, 43, Benatya, 52.
 
Sassuolo – Milan – 4:3
Qollar: Berardi, 15; 28; 41; 47 – Robinyo, 9, Balotelli, 13, Montolivo, 85.
 
13 yanvar
 
22:00. Sampdoriya – Udineze
00:00. İnter – Kyevo
 
1 Yuventus 19 17 1 1 46 12 +34 52
2 Roma 19 13 5 1 39 10 +29 44
3 Napoli 19 13 3 3 41 20 +21 42
4 Fiorentina 19 11 4 4 34 20 +14 37
5 Verona 19 10 2 7 34 30 +4 32
6 İnter 18 8 7 3 37 22 +15 31
7 Parma 19 6 8 5 29 26 +3 26
8 Torino 19 6 8 5 31 27 +4 26
9 Latsio 19 6 6 7 23 26 –3 24
10 Cenoa 19 6 5 8 19 24 –5 23
 11 Milan 19 5 7 7 31 30 +1 22
12 Kalyari 19 4 9 6 19 28 –9 21
13 Atalanta 19 6 3 10 20 29 –9 21
14 Udineze 18 6 2 10 18 25 –7 20
15 Sampdoriya 18 4 6 8 19 27 –8 18
 16 Sassuolo 19 4 5 10 21 41 –20 17
17 Kyevo 18 4 4 10 13 23 –10 16
18 Bolonya 19 3 7 9 17 33 –16 16
19 Livorno 19 3 4 12 16 33 –17 13
20 Kataniya 19 3 4 12 13 34 –21 13
Shares: