“Benfika”nın yarımmüdafiəçisi Nemanya Matiçin “Çelsi”yə keçmə ehtimalı var. Futbolinfo.az xəbər verir ki, vaxtilə “zadəganlar”ın şərəfini qorumuş futbolçu yenidən Londona qayıda bilər.
Tərəflər müqavilənin detallarını razılaşdırıb. Transferi yekunlaşdırmaq üçün Matiç Londona yollanacaq.
Xatırladaq ki, “Benfika” bundan əvvəl Nemanyay görə, “Çelsi”nin 35 milyon avroluq təklifini rədd etmişdi. Matiçlə “Borussiya” (Dortmund) və “Mançester Siti” də maraqlanır.





