2013/14 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın yeddinci gününü 2 məşqlə yekunlaşdırıb. Futbolinfo.az xəbər verir ki, Yuri Syominin başçılığı altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. 
 
Sadiq Quliyev, Rail Məlikov və yüngül zədəsi olan Lorenzo Ebesilio topsuz çalışıb.
 
Xatırladaq ki, "Qəbələ" bu gün Antalya toplanışı çərçivəsində ikinci oyununu keçirəcək. "Qırmızı-qaralar" Qazaxıstanın "Tobol" komandası ilə qarşılaşacaq.
Shares: