"Atletiko Mineyro"dan “Bşiktaş”a keçidi son anda baş tutmayan Ronaldinyo məsələnin qaranlıq məqamlarına aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, o, Braziliyada qalmağı seçməklə ən doğru qararı verdiyini açıqlayıb:
 
“Niyə burada qaldığımı açıqlamaq çətindi. Azarkeşlər, klubdakı məmnuniyyət, formaya duyduğum sevgi və doğma vətənim… Bütün bunlar məni öz klubumda qalmağa vadar etdi. Təklif göndərən klublara da hörmətlə yanaşıram. Ancaq komandamda qalmaqla ən yaxşı seçimi etdim".
Shares: