"Mançester Yunayted"in baş məşqçisi Devid Moyes komandanın əsas qol silahı Robin van Persinin zədəsi barədə məlumat verib. Futbolinfo.az xəbər verir ki, o, son günlər mətbuatda hollandın 6 həftəlik sıradan çıxması xəbərinin yalan olduğunu bildirib:
 
"Başa düşmürəm ki, belə nəticəyə haradan gəlmisiniz. Bildiyimə görə, bu məlumat həqiqəti əks etdirmir. Keçən mövsüm boyunca zədəsi yox idi. "Şaxtyor"la görüşdə künc zərbəsindən sonra bud nahiyəsində ağrı hiss etdi. Amma burada söhbət Van Persini 2007/08 mövsümündə uzun müddət sıradan çıxaran zədənin təkrarından getmir. Bu başqa zədədi. Onu düzgün sağaltmalıyıq. Van Persi Hollandiyaya şəxsi fizioterapevtin yanına gedib. Tez qayıtması üçün əlimizdən gələni edəcəyik. Bərpa müddəti haqda danışmaq istəmirəm".
 
Van Persi dekabrın əvvəllərindən etibarən forma geymir.
Shares: