Qış təlim-məşq toplanışını Bakıda keçirəcək "Sumqayıt" sabah yenidən bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, komandaya bu gün istirahət verilib.
 
"Gənclik şəhəri" təmsilçisi sabah saat 11:00-da klub bazasında günün ilk məşqinə çıxacaq. Komanda bir neçə saatlıq istirahətə yollandıqdan sonra 17:00-da yenidən bir araya gələcək. Beləliklə, "Gənclik şəhəri" təmsilçisi iki məşqlə sabahkı məşqini başa vuracaq.
 
Qeyd edək ki, "Sumqayıt" yanvarın 15-də "Araz Naxçıvan"la qarşılaşacaq. Qarşılaşma klubun bazasında keçiriləcək.
Shares: