"Rəvan" qış təlim-məşq toplanışı üçün sabah Bakını tərk edəcək. Futbolinfo.az xəbər verir ki, Bayıl təmsilçisi yanvarın 14-dən 26-na qədər hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirəcək.
 
"Rixos Lares Hotel”də məskunlaşacaq Güvenç Kurtarın komandası 3 yoldaşlıq oyunu keçirəcək. Rəqiblərin kimliyi dəqiqləşməsə də, bunlardan birinin Xorvatiya klubu olacağı bildirilir. Digər 2 rəqibin isə Avropa, ən azından Türkiyə təmsilçisi olması gözlənilir.
Shares: