Artıq 2013-cü ildə planetin ən yaxşı futbolçusunun adının açıqlanmasına 2 saatdan da az qalıb. Futbolinfo.az xəbər verir ki, “Qızıl Top” mükafatı bu axşam Sürixdə sahibini tapacaq.
Lakin Almaniyanın “Sport Bild” nəşrinin elektron saytı FİFA-nı qabaqlayaraq ilin futbolçusunun adını indidən açıqlayıb: Kriştianu Ronaldo.
Portalda məlumatın FİFA səlahiyyətlilərindən əldə olunduğu vurğulanıb. Xəbərdə Frank Riberinin ikinci, Lionel Messinin isə üçüncülüklə kifayətlənmək məcburiyyətində qalacaqları iddia edilib.





