“Kalyari” səfərindən 4:1 hesablı qələbə ilə qayıdan “Yuventus” A seriyasında ardıcıl 11-ci qələbəsini qazanıb. Bu isə klub tarixində yeni rekord kimi yadda qalıb. Futbolinfo.az xəbər verir ki, “Yuve” 1931/32 mövsümündə Karlo Karkanonun rəhbərliyində 10 matçlıq qələbə seriyasına imza atmışdı. İndi isə Antonio Konte 11 oyunda meydanı qalib kimi tərkm edərək tarix yazıb.
 
Cari mövsüm 19 turun 17-ni qalibiyyətlə tamamlayan Turin nəhəngi ən yaxın rəqibi “Roma”dan 8 xal öndədi və ardıcıl 3-cü çempionluğuna doğru irəliləyir.
Shares: