Türkiyənin “Fənərbaxça” klubunun öz akademiyasında yetişən Semih Şəntürk 13 il burada oynadıqdan sonra ötən günlərdə “Antalyaspor”a transfer olundu. Futbolinfo.az xəbər verir ki, forvardın müqaviləsində olan qeyri-adi bir maddə bu gün Türkiyə mətbuatında böyük maraq oyadıb.
 
Belə ki, “Fənər” oyunçunu satarkən, sözləşməyə belə bir maddə qoydurub ki, futbolçu heç vaxt “Fənər”ə qarşı oyunlarda meydana çıxmasın. Nə qədər qəribə olsa da, bu faktın doğru olub-olmadığına superliqanın 29-cu turunda gözlərimizlə şahid olacağıq.
Shares: