Ötənlərdə adı Azərbaycan millisi ilə hallanan türkiyəli baş məşqçi Yılmaz Vural yenə də iddialı açıqlamalarıyla gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı Türkiyə futbolunda homoseksualların olduğunu deyib:
 
"Qız yataqxanalarında lezbiyanlıq, kişi yataqxanalrında geylik həmişə olub. Gözümlə bir şey görməmişəm, amma hərəkətlərindən hiss edirəm. Hətta bir hakim də tanıyıram ki, geydi. Bu səbəblə bir futbolçunun cinsi seçiminin şərhi qeyri-mümkündü”.
 
Vural daha sonra Fatih Terimi Türkiyə futboluna özünün qazandırdığını iddia edib: "Piontekin köməkçilik təklifini qəbul etsəydim, bu gün Terim olmazdı. Yaxşı ki önünü açmışam. Türkiyə sayəmdə onu qazandı".
Shares: