FİFA 2013-ci ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu gün İsveçrənin Surix şəhərində keçirilən tədbirdə Almaniyanın "Bavariya" klubunun sabiq çalışdırıcısı Yupp Haynkes ötən ilin ən güclü məşqçisi seçilib.
Xatırladaq ki, namizədlər arasında Haynkeslə yanaşı, Dortmund "Borussiya"sının (Almaniya) baş məşqçisi Yurgen Klopp və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Aleks Ferqyusson da var idi.
Qeyd edək ki, Haynkes ötən mövsüm "Bavariya" ilə Bundesliqanın qalibi olub, Çempionlar Liqasını və Almaniya kubokunu qazanıb.





