Yanvarın 6-dan Antalyada qış təlim-məşq toplanışına start verən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Qəbələ təmsilçisi qardaş ölkə təmsilçisi "Konyaspor"la qüvvəsini sınayıb.
Görüşə daha yaxşı başlayan təmsilçimiz iki ardıcıl qol vursa da, qələbəni əldən verib. Ard-arda 4 qol vuran Türkiyə klubu qələbə qazanıb.
Qeyd edək ki, Yuri Syominin komandası bundan öncə Qazaxıstanın "Tobol" klubunu məğlub etmiş (2:1), Türkiyənin "Maltəpəspor" klubu ilə sülh (1:1) bağlamışdı.
Yoxlama oyunu
16 yanvar
Qəbələ – Konyaspor – 2:4 (2:2)
Oyun başladı
7-ci dəqiqədə "Qəbələ"nin yeni transferi Rafael Santos hesabı açır -1:0
30-cu dəqiqədə Yannik Kamanan dəqiq zərbə ilə hesab arasındakı fərqi artırır – 2:0
36-cı dəqiqədə Super Liqa klubu buraxılan qollardan birinin əvəzini çıxır – 2:1
41-ci dəqiqədə Türkiyə təmsilçisi hesabı bərabərləşdirir – 2:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
59-cu dəqiqədə türklər daha bir qol vururlar – 2:3
78-ci dəqiqədə "Konyaspor" hesab arasındakı fərqi artırır – 2:4
Matç başa çatdı





