“Qaziantepspor”un idarə heyətinin üzvü Mustafa Kızıl baş məşqçi Sərgen Yalçının istefa xəbəri ilə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, o, mətbuatda yayılan xəbərlərin gerçəyi əks etdirmədiyini bildirib.
Kızıl Yalçının klubun düşərgəsini tərk edərək İstanbula getməsini təsdiq edib: “Bəli, o düşərgəni tərk edib və İstanbula gedib. Amma istefa verməyib. İstanbulda şəxsi işi olduğu üçün buradan ayrılıb. Onsuz da toplanışımız bu gün bitirdi. Sərgən işlərini tamamladıqdan sonra Qaziantəpə gələcək".
Qeyd edək ki, günorta saatlarında Yalçının istefa verdiyi xəbərləri yayılmışdı.





