"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Türkiyə toplanışı və bu gün keçirilmiş yerli "Konyaspor"la yoxlama matçından danışıb. Futbolinfo.az saytının Antalyaya ezam olunmuş müxbiri ilə söhbətində o, bunları söyləyib:
"Hazırlıqdan çox razıyam. 11 gün ərzində gündə 2 dəfə olmaqla ağır məşqlər keçirik. 2 gün istirahətimiz olacaq. Sonra yenidən məşqləri bərpa edəcəyik. Müdafiədə problemlərimiz qalmaqdadı. Ona görə yeni futbolçular dəvət etmişdik. Santos artıq komandadadı. Davron Erqoş baxışda idi. Düzdü, biz çox hücumameyilli futbol oynayırıq. Amma qarşıda balansı qorumağa çalışacağıq. Əsas itkimiz Lorenso Ebesiliodu. O komanda üçün çox şey deməkdi. Ebesilio həm qol vurur, həm də qol pası verir".
Shares: