Futbol üzrə İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma baş tutub.
"Vilyarreal" ilk oyunda qolsuz heç-heçəyə razılaşdığı "Real Sosyedad"ı qəbul edib. Qonaq komanda minimal hesablı qələbə sayəsində mərhələ adlayıb. "Xetafe"nin qonağı olan "Barselona" da 2 cavabsız qolla qalib gələrək adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər cavab oyunları əvvəlki günlərdə keçirilmişdi.
İspaniya Kral Kuboku
1/8 final (cavab oyunları)
14 yanvar
Almeriya – Santander – 0:2 (ilk oyun – 1:1)
Atletiko (Madrid) – Valensiya – 2:0 (1:1)
15 yanvar
Atletik – Betis – 2:0 (0:1)
Osasuna – Real – 0:2 (0:2)
Espanyol – Alkorkon – 4:2 (0:1)
Levante – Rayo Valyekano – 1:0 (0:0)
16 yanvar
Vilyarreal – Real Sosyedad – 0:1 (0:0)
Xetafe – Barselona – 0:2 (0:4)





