Qış təlim-məşq toplanışını Antalyada davam etdirən "Rəvan" heyətə daha bir braziliyalı futbolçu cəlb etmək niyyətindədi. Futbolinfo.az xəbər verir ki, Julio Sezar Mendes Moreyra Bayıl klubunu düşərgəsinə gəlib.
 
31 yaşlı sol cinah müdafiəçisi Türkiyənin bir çox klublarında da forma geyib. Belə ki, braziliyalı qardaş ölkədə "Dənizlispor", "Kocaelispor" klublarının şərəfini qoruyub. Bundan başqa Moreyra "Metallurq" (Donetsk), "İpatinqa", "Metropolitano" (hər ikisi Braziliya) komandalarının uğurları üçün də tər töküb. Futbolçunun sonuncu komandası isə Braziliyanın "Sentral" klubu olub.
 
Bundan başqa Güvenç Kurtarın komandasına Balkan yarımadasından da futbolçular qoşulacaq. Hələlik onların kimliyi açıqlanmır.
Shares: