Türkiyənin “Qalatasaray” klubunda çıxış edən braziliyalı futbolçu Felipe Melo millinin formasını yenidən geymək istəyir. Futbolinfo.az xəbər verir ki, “sambaçı” yayda ölkəsində keçiriləcək dünya çempionatında milli komandanın formasını geymək istədiyini deyib.
30 yaşlı yarımmüdafiəçi yığmanın baş məşqçisi Luis Felipe Skolaridən təklif gözlədiyini bildirib: “Ötən il çox yaxşı mövsüm keçirdim. Superliqada çempion olduq. Çempionlar Liqasında 1/4 finalda mübarizə apardıq. Mən də ən yaxşı oyunçu seçildim. Bu mövsüm də uğurlu çıxışım davam edir. Ümid edirəm ki, bu sabit oyunum Skolarinin də diqqətini çəkər və məni heyətə qatar. Çünki hazırda ən böyük hədəfim millinin formasını geymək və dünya çempionatında çıxış etməkdi”.
Melo 2009-10-cu illərdə Braziliya millisində çıxış edib.





