Braziliyanın nüfuzlu “Pluri Conultoria”şirkəti dünyanın ən bahalı futbolçularının siyahısını tərtib edib. Futbolinfo.az xəbər verir ki, burada oyunçuların bazar qiyməti proqnozlaşdırılıb.
 
Reytinqdə “Barselona”nın hücumçusu Lionel Messi ilk pillədə qərarlaşıb. Argentinalı futbolçunun transfer qiymətini 138,1 milyon avro göstərilib. İkinci yeri 107,3 milyonla Madrid “Real”ının forvardı Kriştianu Ronaldo tutub. “Üçlüy”ü 71,3 milyon avro ilə “Real”ın digər ulduzu Qaret Beyl qapayıb.
Shares: