İtaliya A seriyasında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki klub – “İnter” və “Fiorentina”nın planları suya düşüb. Futbolinfo.az xəbər verir ki, onların Madrid “Real”ından transfer etmək istədiyi Alvaro Morataya rəhbərlik keçid üçün icazə verməyib.
 
Hərçənd ki, “Kral Klubu” ispan forvardı 15 milyon avro qarşılığında satmağa hazır idi. Rəhbərlik bu addımı azarkeşlərin reaksiyasından sonra atmalı olub.
 
Qeyd edək ki, “İnter” hücum xəttindəki problemlərə, “Fiorentina” isə Cüzeppe Rossinin zədələnməsindən sonra Moratanı heyətinə qatmaq istəyirdi.
Shares: