"Qalatasaray" qış fasiləsi bitənə kimi ulduz bir futbolçu ilə anlaşmaq istəyir. Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar” Çempionlar Liqasının 1/8 finalındakı rəqibi "Çelsi"nin futbolçusu Maykl Esyenlə maraqlanır.
 
Qanalı yarımmüdafiəçinin “zadəganlar”dan ayrılacağını açıqlamasından sonra “Qalatasaray”ın prezidenti Ünal Aysal idarəçlilərə göstəriş verib. Cari mövsüm ehtiyat oyunçular skamyasına məhkum olunmuş oyunçuya təklif göndərəcək.
 
Məlumatınız olsun ki, Esyenlə “Milan” da yaxından maraqlanır.
Shares: