İspaniyanın nüfuzlu “Marca” qəzeti ölkədə çıxış edən futbolçular arasında 2013-ci ilin rəmzi yığmasını müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, ən yaxşı “11-liy”in səsverməsi qəzetin internet səhifəsində aparılıb.
İspan azarkeşlərinin seçdiyi heyətdə ən çox Madrid "Atletiko"sunun futbolçuları (6) yer alıb. Komandanın hücumçusu Dieqo Kosta isə ən yüksək səs toplayan oyunçu olub. 2013-ci ilin rəmzi komandasında Lionel Messi yer almayıb.
Qapıçı: Tibo Kurtua ("Atletiko")
Müdafiəçilər: Miranda, Dieqo Qodin, Filipe Luiz (hər üçü "Atletiko")
Yarımmüdafiəçilər: Luka Modriç ("Real" Madrid), Koke (Atletiko), İvan Rakitiç ("Sevilya"), Sesk Fabreqas (Barselona), Qrizmann (Real Sosyedad)
Hücumçular: Dieqo Kosta (Atletiko), Kriştianu Ronaldo (Real)





