İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo bazar günü Premyer Liqada qarşılaşacaqları "Mançester Yunayted"lə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı rəqibin əsas qolçuları Ueyn Runi və Robin van Persinin zədəli olmasının nəinki onu sevindirmək, əksinə üzdüyü bildirib:
 
"Mançester Yunayted"ə qarşı oyun komandam üçün çox önəmlidi. İstərdim ki, Runi və Van Persi bizə qarşı oynasın. Çünki mən komandamın yüksək səviyyəli futbolçulara qarşı necə oynadığını görmək istəyirəm. Həmçinin komandamın fiziki hazırlığının hansı səviyyədə olması da mənim üçün çox maraqlıdı".
Shares: