Şalke”nin əsas hücumçularından olan Klas Yan-Huntelaar məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən forvard artıq sağalmaq üzrədi.
 
Avqustun sonlarından yaşıl meydanlardan uzaq qalan hücumçunun ikinci dövrənin əvvəllərində oyunlara çıxa biləcəyi güman edilir. Bundesliqanın 18-ci turunda “Hamburq”la qarşılaşma bu baxımdan əlamətdar ola bilər. Həmin qarşılaşma yanvarın 26-da keçiriləcək.
Shares: