Bu gün mətbuatda "Beşiktaş" rəhbərliyinin İdarə Heyətinin dörd üzvündən imtina etməsi ilə bağlı xəbərlər yayılmışdı. Futbolinfo.az xəbər verir ki, həmin 4 nəfərin arasında "Xəzər Lənkəran"ın fəxri Mübariz Mənsimovun da adı vardı.
 
Artıq "Beşiktaş" rəhbərliyi də bu xəbərlərlə bağlı rəsmi mövqeyini açıqlayıb. Klubun rəsmi saytı vasitəsilə bildirilib ki, Mübariz Mənsimovla yanaşı, Zəfər İldırım, İhsan Kalkavan və Turqay Cinerin klubun İdarə Heyərindən uzaqlaşdırılması gündəm mövzusu deyil. Mətbuatda yazılan xəbərlərin heç biri gerçəyi əks etdirmir.   
 
Qeyd edək ki, "Beşiktaş" rəhbərliyinin 4 nəfər İdarə Heyətindən uzaqlaşdırılmasını türkiyəli jurnalist İbrahim Seten öz twitter səhifəsində paylaşmışdı.
Shares: