Transfer mövsümü İtaliyada da sürətlə keçir. Daha bir transfer “Napoli” tərəfindən gerçəkləşdirilib. Futbolinfo.az xəbər verir ki, Neapol klubu A seriyasının digər təmsilçisi “Verona”da çıxış edən Jorjinyonu rənglərinə bağlayıb.
Artıq tərəflər 22 yaşlı futbolçunun transferiylə bağlı razılığa gəliblər. “Sky Sport İtalia”nın məlumatına görə, yaxın vaxtda braziliyalı yeni komandasında tibbi müayinədən keçəcək və rəsmi müqaviləni imzalayacaq. Məlumatda bildirilir ki, Neapol klubu 7,5 milyon avro müqabilində futbolçunun transfer hüququnun yarı hissəsinə sahib çıxıb. Yəni o, gələcəkdə başqa bir kluba satılarsa, “Verona”da bundan haqq alacaq.





