Hollandiyanın “Kambur” komandasının qapıçısı Rodni Ubbergen bildirib ki, “Valveyk”ə transferi alınmayacağı təqdirdə Azərbaycan çempionatına keçə bilər. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı qolkiper bu barədə Niderland mətbuatına açıqlamasında məlumat verib:
“Düşünürəm ki, bu, mənim Hollandiyada yüksək səviyyədə oynamağım üçün son şansdı. Azərbaycan klubuna mümkün keçidə gəlincə (hansı klubumuza olduğu açıqlanmır – red.), mən bir vaxtlar o regionda olmuşam və mənə o qədər də xoş gəlməyib. Xarici dillərdən orada ancaq ingiliscə danışırlar və oyunçuların yerləşməsi də çox pis idi. Ancaq burada heç nə alınmasa, mən Azərbaycandan gələn təklifləri baxışdan keçirməyə hazır olacağam. Ancaq bir şərtlə ki, təkliflər çox yaxşı olsun”.
Qeyd edək ki, "Amsterdam", "Ayaks", "AZ Alkmaar", "Rozendal" kimi klubların uşaq komandalarında çıxış etmiş Ubbergen peşəkar karyerası ərzində "Kambur"la yanaşı "Rozendal" və "Telstar"da da top qovub.





