Madrid "Real"ının hücumçusu Alvaro Morataya İspaniya və digər ölkələrdən təkliflər yağır. Futbolinfo.az xəbər verir ki, Avropa klubları gənc və istedadlı qolçunu heyətində görmək üçün yarışa girib.
Elə Morata özü də “Real”da istənilən qədər forma şansı tapa bilmədiyi üçün ayrılmaq istəyir. "Kral klubu" gənc hücumçu üçün 9 klubdan təklif alıb. Bunlar "Arsenal", "Tottenhem", "İnter", "Yuventus", "Fiorentina", "Şalke" və Dortmund "Borussiya"sı, "Sevilya" və "Vilyarreal"dı.
Qeyd edək ki, Karlo Ançelotti Moratanı qış “transfer pəncərəsi”ndə satmaq fikrində olmadıqlarını açıqlamışdı.





