Moldovanın “Tiraspol” klubunun yarımmüdafiəçisi Daniel Pisla özünün Azərbaycan karyerası haqda xatirələrini paylaşıb. Futbolinfo.az xəbər verir ki, o, indiki klubunun saytına açıqlamasında bunları söyləyib:
“Mən ora baxışa getmişdim. Üç oyun keçirdim. Hər oyunda bir qol vurdum və mənə orada qalmağı təklif etdilər. Orada üç komandada oynamışam – “Standart”, “Muğan” və “Turan”.
Azərbaycan və Moldova çempionatlarını müqayisə edən futbolçu qeyd edib ki: “Azərbaycanda futbola investisiya yatırımı çoxdu. Bu səbəbdən oyun daha sərtdi. Harada pul var, orada da rəqabət doğulur. Orada “Tiraspol” və “Şerif” səviyyəsində komandalar çoxdu, haradasa on komanda”.





