Yanvar ayının 5-dən başlayaraq Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ikinci yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi”nı sınağa çəkib.
“İC Santai” otelinin futbol meydançasında baş tutan qarşılaşma Mustafa Dənizlinin komandasının məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, "Xəzər Lənkəran" Antalyadakı ilk sınaq matçında Super Liqanın digər təmsilçisi "Rizəspor"la sülh bağlamışdı – 0:0.
Yoxlama oyunu
18 yanvar
Xəzər Lənkəran – Gənclərbirliyi – 0:2 (0:1)





