"Monako"nun kolombiyalı ulduzu Radamel Falkao maraqlı açıqlama ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, forvard "Çelsi"yə keçəcəyinə dair təkliflərə münasibət bildirərkən, Joze Mourinyo ilə çalışmaq istəmədiyini deyib:
"Çelsi"yə transferim mümkün deyil. Mourinyonun komandasına gedərəmmi? Daha əvvəl bunu heç düşünməmişdim. Bu günkü şərtlərdə bu, mümkün görünmür. Ayrı-ayrı dünyaların insanlarıyıq. O, möhtəşəm bir karyeraya sahibdi. Qazandığı çempionluqlar onun haqqında çox şey izah edir. Heç kim onun uğurlarını inkar edə bilməz. Bəlkə də çox insanın xoşuna gəlmir, amma günümüzün futboluna rəng qatır".
Falkao bir gün İtaliya çempionatında da çıxış edə biləcəyini istisna etməyib: "Mənimlə bağlı bir çox fərziyyə var. Bunlarla başımı yormaq istəmirəm. Əsas məqsədim "Monako" ilə uğur qazanmaqdı. Lakin bir gün A Seriyasında oynamaq istəyərəm".
Falkao ötən yay Madird "Atletiko"sundan 60 milyon avro qarşılığında "Monako"ya keçib.





